"Neftçi"nin beninli yarımmüdafiəçisi Sessi DAlmeyda Afrika Millətlər Kubokunda zədələnib.
Rekord.az Afrika mətbuatına istinadən xəbər verir ki, futbolçu D qrupunda keçirilən Botsvana ilə matçda zədə alıb.
O, zədə səbəbindən bu gün 1/8 finalda Misirə qarşı keçirəcəkləri matçı buraxmalı olacaq. Dalmeydanın ən azı 1 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Qeyd edək ki, Benin - Botsvana matçı birincilərin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.