“Neftçi”nin beninli yarımmüdafiəçisi Sessi D Almeyda zədələnib.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu Afrika Kubokunun qrup mərhələsinin ikinci turunda Botsvanaya qarşı görüşdə sıradan çıxıb. O, matçın 5-ci dəqiqəsində məcburi əvəzlənib.
Oyunçunun zədəsinin ciddi olduğu, azı 1 ay yaşıl meydanlardan kənar qalacağı bildirilir.
Xatırladaq ki, Benin yığması bu gün turnirin pley-off mərhələsində Misir millisi ilə üz-üzə gələcək.