"Neftçi"nin futbolçusu Sessi D`Almeyda zədəsini sağaldıb.
Offsideplus.az xəbər verir ki, bu barədə Benin yığmasının baş məşqçisi məlumat verib.
30 yaşlı yarımmüdafiəçi bugünkü Misirlə oyunda iştirak edə biləcək.
Qeyd edək ki, Benin - Misir matçı bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Görüşdə qələbə qazanan komanda Afrika Millətlər Kubokunda 1/4 finala yüksələcək.