AZ

Trampdan Venesuelaya hücumdan sonra Moskva ilə bağlı gözlənilməz açıqlama

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-ın Venesuelaya həyata keçirdiyi əməliyyatın Vaşinqton-Moskva münasibətlərinə ciddi təsir göstərməsi ehtimalı azdır.

Globalinfo.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evin “YouTube” kanalında keçirilən mətbuat konfransında bu əməliyyatın ikitərəfli münasibətlərə təsirini belə qiymətləndirib.

Jurnalistlərin ABŞ-ın hücumunun Rusiya ilə münasibətlərə mənfi təsir edib-etməyəcəyinə dair sualına Tramp “Xeyr, mən belə düşünmürəm” cavabını verib.

O, həmçinin bildirib ki, Venesuela lideri Nikolas Maduronu heç vaxt Rusiya Prezidenti Vladimir Putinlə müzakirə etməyib.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
59
50
globalinfo.az

10Mənbələr