AZ

“Qarabağ”dan Yankoviç qərarı – Rədd edildi

“Qarabağ” Marko Yankoviçlə bağlı “Panatinaikos”un növbəti təklifini də rədd edib.

İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, Yunanıstan klubunun 30 yaşlı yarımmüdafiəçi ilə bağlı rəsmi müraciəti qəbul olunmayıb.

Son 3 mövsümdür Ağdam təmsilçisində çıxış edən monteneqrolu futbolçu bu mövsüm 20 oyunda 4 qol və 2 assist edib.

Onun klubla müqaviləsi 1,5 il sonra başa çatır.

Buna baxmayaraq, nəşr “Qarabağ” rəhbərliyinin Yankoviçin diqqətinin mümkün transferə yönəlməsindən narazı olduğunu və futbolçunun gələcəyinin hələ tam dəqiqləşmədiyini bildirir.

Seçilən
38
12
idmanxeber.az

10Mənbələr