AZ

“Qarabağ” Koxalski ilə bağlı qərar verdi

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski (Mateusz Kochalski) hazırda “Borussiya Dortmund”a transfer olunmağı planlaşdırmır.

Ucnoqta.az xəbər verir ki,Polşa mətbuatının yaydığı məlumata görə, Ağdam klubu artıq qolkiperin transfer qiymətini müəyyənləşdirib. 

Məbləğ 7 milyon avro təşkil edir. 

Qeyd edilir ki, “Borussiya” maliyyə baxımından bu məbləği ödəməyə qadir olsa da, transfer mövzusu hazırda nə klub, nə də futbolçunun özü üçün prioritet sayılır.

Bildirilir ki, Koxalski Azərbaycanda özünü rahat hiss edir və ən azı 2025/26 mövsümünün sonuna qədər “Qarabağ”da qalmaq niyyətindədir. O, komandanın əsas heyətində möhkəm yer tutub, mütəmadi olaraq Çempionlar Liqasında çıxış edir və klub real olaraq pley-off mərhələsinə yüksəlmək uğrunda mübarizə aparır.

“Borussiya Dortmund”da isə əsas qapıçı mövqeyi İsveçrə millisinin üzvü Qreqor Kobelə məxsusdur. Kobelin, xüsusilə dünya çempionatına hazırlıq mərhələsində, yerini kiməsə vermək niyyətində olmadığı vurğulanır.

Qeyd olunur ki, Koxalski karyerasına çox düşünülmüş yanaşır və yalnız TOP-5 liqalardan gələn təkliflərə görə tələsik qərarlar qəbul etmir.///qol.az

Seçilən
114
50
ucnoqta.az

10Mənbələr