“Qarabağ”ın qapıçısı Mateuş Koxalski “Borussiya”ya transfer olmağı düşünmür.
İdmanxeber.az Polşa mətbuatına istinadən xəbər verir ki, Ağdam klubu qolkiper üçün 7 milyon avro tələb edir. Dortmund təmsilçisi bu məbləği ödəyə bilsə də, transfer tərəflər üçün prioritet deyil.
Koxalski özünü Azərbaycanda rahat hiss edir və 2025/26 mövsümünün sonuna qədər “Qarabağ”da qalmaq istəyir.