AZ

Yankoviç xoşbəxt deyil – Qərardan məmnun qalmayıb 

“Qarabağ”ın futbolçusu Marko Yankoviçin ciddi təklifləri var.

İdmanxeber.az-a verilən məlumata görə, monteneqrolu oyunçuya Avropa klublarından maraq var. Ancaq Ağdam təmsilçisi yarımmüdafiəçini buraxmaq niyyətində deyil.

Baş məşqçi Qurban Qurbanov heç bir futbolçunun satılmasını istəmir. Yankoviçin isə bu qərardan məmnun olmadığı bildirilir.

Təcrübəli oyunçu təklifləri dəyərləndirmək istəyir. Çünki Yankoviçə “Qarabağ”da qazandığından daha yüksək maaşlı təkliflər var. Futbolçu fürsəti qaçırmaq istəmir. 

Rəhbərlik isə Markonun ayrılmasına izin verməyəcək. Bu səbəbdən də onun xoşbəxt olmadığı bildirilir.

Monteneqrolu futbolçunun “Qarabağ”la 2027-ci ilin yayına qədər müqaviləsi var.

Seçilən
70
12
idmanxeber.az

10Mənbələr