AZ

“Qarabağ” Koxalskiyə 7 milyon avro qiymət qoydu

“Qarabağ” Mateuş Koxalskiyə 7 milyon avro qiymət qoyub.

KONKRET.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.

Bildirilib ki, Ağdam klubunun heyətində Çempionlar Liqası matçlarında inamlı oyunu ilə diqqətçəkən qolkiperi bir çox klublar transfer etmək istəyir. Komandanın baş məşqçisi Qurban Qurbanov da gələn transfer təkliflərindən yorularaq klub rəhbərliyi ilə M.Koxalskinin transfer qiymətinin müəyyənləşdirilməsini müzakirə edib.

Nəticədə qolkiperə 7 milyon avro qiymət qoyulub. Onun heyətində görmək istəyən komandalar bu məbləği ödəməlidirlər.

Seçilən
89
50
konkret.az

10Mənbələr