AZ

Tramp hədələdi: “Onları məhv edəcəyik”

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Tehranın nüvə və raket proqramları ilə bağlı mümkün addımları ABŞ-nin dəstəyi ilə İsrailin sərt hərbi cavabına səbəb ola biləcər. 

ABŞ Prezidenti Donald Tramp Tehranın raket inkişafını və nüvə proqramını davam etdirəcəyi təqdirdə İsrailin İrana qarşı yeni hücumlarını dəstəkləməyə hazır olduğunu bildirib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə CNN yazıb. Bu açıqlama İsrailin Baş naziri Binyamin Netanyahu ilə danışıqlar ərəfəsində verilib.

"Eşidirəm ki, İran nüvə proqramı ilə məşğul olmağa çalışır. Əgər onlar bunu etsələr, biz onu məhv etməli olacağıq", - deyə Tramp bildirib. O əlavə edib:

"Biz onları məhv edəcəyik, məhv edəcəyik. Amma ümid edirəm ki, bu baş verməyəcək".

Ağ Ev rəhbəri İranın silah inkişafının yeni hücumlar üçün əsas ola biləcəyini deyib.

"Əgər onlar raketlərlə davam etsələr? Bəli. Bəs nüvə silahları ilə davam etsələr? Dərhal! Biz bunu mütləq edəcəyik”, - deyə ABŞ prezidenti vurğulayıb.

İsrail Amerika tərəfini İrana təkrar hücum üçün mümkün ssenarilər barədə məlumatlandırmaq niyyətindədir.

Tel-Əviv Tehranın iyun ayında ABŞ-nin zərbələri nəticəsində zədələnmiş uran zənginləşdirmə qurğularını bərpa etməyə başlamasından narahatlığını bildirib.

Bundan əlavə, İsrail hakimiyyəti İranın ballistik raket istehsalını bərpa etmək və hava hücumundan müdafiə sisteminin elementlərini təmir cəhdlərini daha ciddi təhlükə hesab edir.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
42
50
cebheinfo.az

10Mənbələr