AZ

CNN: Tramp İsrailin İrana yeni zərbələrini dəstəkləməyə hazırdır...

Vaşinqton Tehranın raket və nüvə proqramları ilə bağlı addımlarını qırmızı xətt kimi qiymətləndirir...

Poliqon xəbər verir ki, CNN telekanalının məlumatına görə, ABŞ administrasiyası Tehranın İranın nüvə və raket proqramları ətrafında mümkün növbəti addımlarının İsrail tərəfindən sərt hərbi cavaba səbəb ola biləcəyini istisna etmir və bu halda Vaşinqton Təl-Əvivə dəstək verəcək. Bildirilir ki, ABŞ prezidenti Donald Tramp İran bu istiqamətdə fəaliyyətini davam etdirərsə, İsrailin yeni zərbələrini açıq şəkildə dəstəkləməyə hazır olduğunu bəyan edib.

Məlumata əsasən, Tramp bu açıqlamanı İsrailin baş naziri Binyamin Netanyahu ilə gözlənilən danışıqlar ərəfəsində verib. ABŞ prezidenti deyib ki, İranın nüvə proqramı ilə bağlı fəaliyyətini genişləndirməsi ciddi nəticələrə gətirib çıxara bilər. Onun sözlərinə görə, əgər Tehran nüvə proqramını daha da irəli aparmağa cəhd edərsə, bu infrastrukturların məhv edilməsi gündəmə gələcək və ABŞ buna dəstək verəcək.

Donald Tramp bildirib ki, Vaşinqton İranın silahlanma sahəsində atacağı addımları diqqətlə izləyir. O vurğulayıb ki, xüsusilə raket texnologiyalarının və nüvə silahı potensialının inkişafı yeni hücumlar üçün əsas səbəb ola bilər. Prezident qeyd edib ki, əgər İran bu istiqamətdə irəliləməyə davam edərsə, cavab gecikməyəcək və dərhal veriləcək.

CNN-in məlumatına görə, İsrail tərəfi ABŞ-ni İrana mümkün təkrar zərbələrin ssenariləri barədə məlumatlandırmağı planlaşdırır. Təl-Əvivdə hesab edirlər ki, Tehran ABŞ-nin iyun ayında endirdiyi zərbələr nəticəsində zədələnmiş uranın zənginləşdirilməsi obyektlərini bərpa etməyə başlayıb və bu, ciddi narahatlıq doğurur.

Bununla yanaşı, İsrail hakimiyyət dairələri daha böyük təhlükə kimi İranın ballistik raketlərin istehsalını bərpa etmək cəhdlərini və hava hücumundan müdafiə sisteminin elementlərinin təmirini qiymətləndirir. İsrail rəsmilərinin fikrincə, bu addımlar regionda təhlükəsizlik balansını poza və gərginliyi daha da artıra bilər.

Poliqon.info

Seçilən
95
50
poliqon.info

10Mənbələr