AZ

Xankəndidə ilk dəfə Yeni il yarmarkası keçiriləcək

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində ilk dəfə "Kənddən Şəhərə" Yeni il yarmarkası təşkil olunacaq.

"Cebheinfo.az" xəbər verir ki, yarmarkanın 27-29 dekabrda Xankəndi şəhərinin mərkəzində keçirilməsi nəzərdə tutulur. 

Yarmarkanın məqsədi Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində yerli sakinlərin qida və kənd təsərrüfatı məhsullarına olan ehtiyacını daha dolğun şəkildə ödəməkdir. Xankəndi sakinləri 3 gün ərzində yarmarkaya baş çəkərək münasib qiymətlərə kənd təsərrüfatı məhsulları ala biləcəklər.

Bu il "Aqrar Tədarük və Təchizat"ın təşkilatçılığı ilə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində paytaxtın 8 fərqli nöqtəsində və Sumqayıt şəhərində "Kənddən Şəhərə" Yeni il yarmarkaları fəaliyyət göstərir. "Gənclik" metro stansiyasının çıxışındakı ərazidə fəaliyyət göstərən yarmarka dekabrın 20-də açılıb, "Əhmədli", "Xalqlar dostluğu", "Neftçilər", "Qara Qarayev", "Nəriman Nərimanov", "Elmlər Akademiyası" və "Azadlıq" metro stansiyalarının çıxışlarındakı yarmarkalar və Sumqayıt şəhərində keçmiş Şərq bazarı yaxınlığındakı yarmarka bu gündən fəaliyyətə başlayıb. "Gənclik" metrosu yaxınlığında yerləşən yarmarka dekabrın 30-dək, digər yarmarkalar isə dekabrın 29-dək alıcılara xidmət göstərəcək.

"Cebheinfo.az"

Seçilən
12
19
cebheinfo.az

10Mənbələr