AZ

Xankəndidə ilk dəfə “Kənddən Şəhərə” Yeni il yarmarkası təşkil ediləcək

BAKI, 25 dekabr. TELEQRAF

27-29 dekabr tarixlərində Xankəndidə ilk dəfə “Kənddən Şəhərə” Yeni il yarmarkası təşkil olunacaq.

Kənd Təsərrüfatı Nazirliyindən Teleqraf-a verilən məlumata görə, “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə baş tutacaq yarmarkada müxtəlif regionlardan gəlmiş fermerlər öz təsərrüfatlarında yetişdirdikləri məhsulları satışa çıxaracaqlar.

Xankəndi sakinləri 3 gün ərzində yarmarkaya baş çəkərək münasib qiymətlərə kənd təsərrüfatı məhsulları ala biləcəklər.

Qeyd edək ki, bu il “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində paytaxtın 8 fərqli nöqtəsində və Sumqayıt şəhərində “Kənddən Şəhərə” Yeni il yarmarkaları fəaliyyət göstərir.

“Gənclik” metro stansiyasının çıxışındakı ərazidə fəaliyyət göstərən yarmarka dekabrın 20-də açılıb, “Əhmədli”, “Xalqlar dostluğu”, “Neftçilər”, “Qara Qarayev”, “Nəriman Nərimanov”, “Elmlər Akademiyası” və “Azadlıq” metro stansiyalarının çıxışlarındakı yarmarkalar və Sumqayıt şəhərində keçmiş Şərq bazarı yaxınlığındakı yarmarka bu gündən fəaliyyətə başlayıb. “Gənclik” metrosu yaxınlığında yerləşən yarmarka dekabrın 30-dək, digər yarmarkalar isə dekabrın 29-dək alıcılara xidmət göstərəcək.

Seçilən
23
19
teleqraf.com

10Mənbələr