AZ

Xankəndidə “Kənddən Şəhərə” Yeni il yarmarkası

Yazını böyüt
Yazını kiçilt

Azad olunmuş ərazilərdə ilk dəfə “Kənddən Şəhərə” Yeni il yarmarkası təşkil olunacaq. Yarmarkanın dekabrın 27-29-da Xankəndi şəhərinin mərkəzində keçirilməsi nəzərdə tutulur. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə baş tutacaq yarmarkada müxtəlif regionlardan gəlmiş fermerlər öz təsərrüfatlarında yetişdirdikləri məhsulları satışa çıxaracaqlar.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən hafta.az-a bildirilib ki, Xankəndi şəhərində “Kənddən Şəhərə” Yeni il yarmarkası təşkil olunmasında məqsəd Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində sakinlərin qida və kənd təsərrüfatı məhsullarına olan ehtiyacını daha dolğun şəkildə ödəməkdir. Xankəndi sakinləri 3 gün ərzində yarmarkaya baş çəkərək münasib qiymətlərə kənd təsərrüfatı məhsulları ala biləcəklər.

Qeyd edək ki, bu il “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində paytaxtın 8 fərqli nöqtəsində və Sumqayıt şəhərində “Kənddən Şəhərə” Yeni il yarmarkaları fəaliyyət göstərir. Metronun “Gənclik” stansiyasının çıxışındakı ərazidə fəaliyyət göstərən yarmarka dekabrın 20-də açılıb, “Əhmədli”, “Xalqlar dostluğu”, “Neftçilər”, “Qara Qarayev”, “Nəriman Nərimanov”, “Elmlər Akademiyası” və “Azadlıq” stansiyalarının çıxışlarındakı yarmarkalar və Sumqayıt şəhərində keçmiş Şərq bazarı yaxınlığındakı yarmarka bu gündən fəaliyyətə başlayıb. Metronun “Gənclik” stansiyası yaxınlığında yerləşən yarmarka dekabrın 30-dək, digər yarmarkalar isə dekabrın 29-dək xidmət göstərəcək.

Seçilən
22
19
hafta.az

10Mənbələr