AZ

Xankəndi şəhərində ilk dəfə “Kənddən Şəhərə” Yeni il yarmarkası təşkil olunacaq

Azad olunmuş ərazilərdə ilk dəfə “Kənddən Şəhərə” Yeni il yarmarkası təşkil olunacaq.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, yarmarkanın 27-29 dekabr tarixlərində Xankəndi şəhərinin mərkəzində keçirilməsi nəzərdə tutulur. Yarmarkada müxtəlif regionlardan gələn fermerlər öz təsərrüfatlarında yetişdirdikləri məhsulları satışa çıxaracaqlar.

Xankəndi şəhərində “Kənddən Şəhərə” Yeni il yarmarkası təşkil olunmasında məqsəd Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində sakinlərin qida və kənd təsərrüfatı məhsullarına olan ehtiyacını daha dolğun şəkildə ödəməkdir. Xankəndi sakinləri 3 gün ərzində yarmarkaya baş çəkərək münasib qiymətlərə kənd təsərrüfatı məhsulları ala biləcəklər.

Seçilən
13
11
vergiler.az

10Mənbələr