AZ

Xankəndidə ilk dəfə “Kənddən Şəhərə” Yeni il yarmarkası keçiriləcək

Azad olunmuş ərazilərdə ilk dəfə olaraq “Kənddən Şəhərə” Yeni il yarmarkası təşkil olunacaq. Yarmarkanın dekabrın 27–29-da Xankəndi şəhərinin mərkəzində keçirilməsi nəzərdə tutulur.

Doğru.az xəbər verir ki, yarmarka Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə baş tutacaq. Müxtəlif regionlardan olan fermerlər öz təsərrüfatlarında yetişdirdikləri kənd təsərrüfatı məhsullarını satışa çıxaracaqlar.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, yarmarkanın keçirilməsində məqsəd Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Xankəndi sakinlərinin qida və kənd təsərrüfatı məhsullarına olan tələbatını daha dolğun şəkildə təmin etməkdir. Sakinlər 3 gün ərzində yarmarkadan münasib qiymətlərlə məhsul əldə edə biləcəklər.

Qeyd edək ki, bu il “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtın 8 müxtəlif nöqtəsində və Sumqayıt şəhərində də “Kənddən Şəhərə” Yeni il yarmarkaları fəaliyyət göstərir. Metronun “Gənclik” stansiyası yaxınlığındakı yarmarka dekabrın 30-dək, digər ünvanlarda təşkil olunan yarmarkalar isə dekabrın 29-dək xidmət göstərəcək.

DOĞRU.AZ

Seçilən
40
19
dogru.az

10Mənbələr