Bakı.Trend:
Azad olunmuş ərazilərdə ilk dəfə “Kənddən Şəhərə” Yeni ilyarmarkası təşkil olunacaq. Yarmarkanın 27-29 dekabr tarixlərindəXankəndi şəhərinin mərkəzində keçirilməsi nəzərdə tutulur.
Trend xəbərverir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəfəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nintəşkilatçılığı ilə baş tutacaq yarmarkada müxtəlif regionlardangəlmiş fermerlər öz təsərrüfatlarında yetişdirdikləri məhsullarısatışa çıxaracaqlar.
Xankəndi şəhərində “Kənddən Şəhərə” Yeni il yarmarkası təşkilolunmasında məqsəd Yeni il və Dünya Azərbaycanlılarının HəmrəyliyiGünü ərəfəsində sakinlərin qida və kənd təsərrüfatı məhsullarınaolan ehtiyacını daha dolğun şəkildə ödəməkdir. Xankəndi sakinləri 3gün ərzində yarmarkaya baş çəkərək münasib qiymətlərə kəndtəsərrüfatı məhsulları ala biləcəklər.
Qeyd edək ki, bu il “Aqrar Tədarük və Təchizat” ASC-nintəşkilatçılığı ilə Yeni il və Dünya Azərbaycanlılarının HəmrəyliyiGünü ərəfəsində paytaxtın 8 fərqli nöqtəsində və Sumqayıt şəhərində“Kənddən Şəhərə” Yeni il yarmarkaları fəaliyyət göstərir. “Gənclik”metro stansiyasının çıxışındakı ərazidə fəaliyyət göstərən yarmarkadekabrın 20-də açılıb, “Əhmədli”, “Xalqlar dostluğu”, “Neftçilər”,“Qara Qarayev”, “Nəriman Nərimanov”, “Elmlər Akademiyası” və“Azadlıq” metro stansiyalarının çıxışlarındakı yarmarkalar vəSumqayıt şəhərində keçmiş Şərq bazarı yaxınlığındakı yarmarka bugündən fəaliyyətə başlayıb. “Gənclik” metrosu yaxınlığında yerləşənyarmarka dekabrın 30-dək, digər yarmarkalar isə dekabrın 29-dəkalıcılara xidmət göstərəcək.