Sədərək rayonunda arvadını öldürməyə cəhd edən şəxs saxlanılıb.
"Yeni Sabah" xəbər verir ki, 1963-cü il təvəllüdlü Dəmirçi kənd sakiniAləmzər Abbasovanın xəsarətlər alması barədə dekabrın 17-də rayon prokurorluğunda cinayət işi açılıb.
Araşdırma zamanı həmin kəndin sakini, 1957-ci il təvəllüdlü Zakir Abbasovun arvadına xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sədərək rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.
Z.Abbasov şübhəli şəxs qismində tutulub.
Telegram kanalımız