AZ

Arvadını bıçaqlayan 68 yaşlı kişi tutuldu

Sədərək rayonunda bıçaqlanma hadisəsi baş verib.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə dekabrın 17-də qeydə alınıb. Sədərək rayonu Dəmirçi kənd sakini 1963-cü il təvəllüdlü Aləmzər Abbasovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı Dəmirçi kənd sakini 1957-ci il təvəllüdlü Zakir Abbasovun arvadı Aləmzər Abbasovaya xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Sədərək rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

    Zakir Abbasov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

    İbtidai istintaq davam edir.

    Seçilən
    78
    16
    manset.az

    10Mənbələr