AZ

Sədərəkdə həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxsSAXLANILIB

Naxçıvan Muxtar Respublikası (MR) Sədərək rayonunda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb, cinayət işi başlanılıb

Xezerxeber.az xəbər verir ki, rayonun Dəmirçi kənd sakini, 1963-cü il təvəllüdlü Aləmzər Abbasovanın xəsarətlər alması barədə dekabrın 17-də rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı həmin kəndin sakini, 1957-ci il təvəllüdlü Zakir Abbasovun A.Abbasovaya xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sədərək rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

Z.Abbasov şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Seçilən
39
15
xezerxeber.az

10Mənbələr