AZ

Sədərəkdə arvadını bıçaqlayan 68 yaşlı kişi tutulub

Sədərək rayonunda bıçaqlanma hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 17-də qeydə alınıb. Sədərək rayonu Dəmirçi kənd sakini 1963-cü il təvəllüdlü Aləmzər Abbasovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı Dəmirçi kənd sakini 1957-ci il təvəllüdlü Zakir Abbasovun arvadı Aləmzər Abbasovaya xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sədərək rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb. Zakir Abbasov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam edir.

Seçilən
35
6
avtosfer.az

10Mənbələr