AZ

Naxçıvanda qəsdən adam öldürməyə cəhd olub

Naxçıvan, 18 dekabr, AZƏRTAC

Dekabrın 17-də Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Dəmirçi kənd sakini, 1963-cü il təvəllüdlü Aləmzər Abbasovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, araşdırma zamanı Dəmirçi kənd sakini, 1957-ci il təvəllüdlü Zakir Abbasovun Aləmzər Abbasovaya xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sədərək Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adamöldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

Zakir Abbasov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

 

 

Seçilən
51
15
azertag.az

10Mənbələr