AZ

68 yaşlı kişi həyat yoldaşını öldürdü - Saxlanıldı

Naxçıvan Muxtar Respublikası (MR) Sədərək rayonunda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb, cinayət işi başlanılıb

Bakıvaxtı.az xəbər verir ki, rayonun Dəmirçi kənd sakini, 1963-cü il təvəllüdlü Aləmzər Abbasovanın xəsarətlər alması barədə dekabrın 17-də rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı həmin kəndin sakini, 1957-ci il təvəllüdlü Zakir Abbasovun A.Abbasovaya xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sədərək rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

Z.Abbasov şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Seçilən
64
16
bakivaxti.az

10Mənbələr