AZ

Cəlilabadda avtomobil aşıb, xəsarət alanlar var

Cəlilabadda maşın aşıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə hadisə səhər saatlarında Cəlilabad rayonunun Təklə kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan "Nissan X-Trail" markalı nəqliyyat vasitəsi sərt döngədən eniş edərkən aşıb. İlkin məlumata görə avtomobildə olan 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya hospitalizasiya olunublar.

Məlumata görə nəqliyyat vasitəsi Yardımlı rayonundan gəlirmiş.

Hazırda xəsarət alanların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
70
4
apa.az

10Mənbələr