AZ

Səudiyyə Ərəbistanı Krallığının 95 ci Milli Günü Bakıda qeyd edilib

ain.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

“Azərbaycan Səudiyyə Ərəbistanı ilə münasibətlərə xüsusi önəm verir. Ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən səmərəli əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf etməkdədir”. Bunu Baş nazirin müavini Samir Şərifov Səudiyyə Ərəbistanı Krallığının 95-ci Milli Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

Baş nazirin müavini daha sonra qeyd edib ki, Azərbaycan Prezidenti İlham ­Əliyevin və Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud və krallığın vəliəhdi Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudun səyləri nəticəsində əlaqələrimiz həm ikitərəfli qaydada, həm beynəlxalq təşkilatlar çərçivəsində uğurla davam etməkdədir: “Azərbaycan və Səudiyyə Ərəbistanı hökumətlərinin ­yaratdığı iqtisadi əməkdaşlıq üzrə müştərək komissiya ölkələrimiz arasında siyasi, ticarət, investisiya, enerji, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın dərinləşməsində müstəsna rol oynamaqdadır. Birgə iqtisadi komissiyasının iclasları və siyasi məsləhətləşmələr ikitərəfli münasibətləri nəzərdən keçirmək və inkişaf etdirmək üçün olduqca effektiv mexanizmlərdir”. 

Bildirilib ki, Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Səudiyyə Ərəbistanından böyük nümayəndə heyətinin iştirak etməsi ikitərəfli əməkdaşlığın inkişafında hər iki dövlətin maraqlı olduqlarının daha bir nümunəsidir.

Mərasimdə Səudiyyə Ərəbistanı Krallığının 95 illiyi münasibətilə qardaş ölkə xalqına daim əmin-amanlıq, tərəqqi və firavanlıq arzuları səslənib, ölkələrimiz arasında dostluq, qardaşlıq və faydalı əməkdaşlığın gələcəkdə daha da güclənəcəyinə əminlik ifadə edilib.

XQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
6
xalqqazeti.az

10Mənbələr