Bakı. Trend:
Azərbaycan Səudiyyə Ərəbistanı ilə münasibətlərə xüsusi önəmverir. Ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən səmərəliəməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraqinkişaf etməkdədir.
Trend xəbər verir ki, bunuBaş nazirin müavini Samir Şərifov Səudiyyə Ərəbistanı Krallığının95-ci Milli Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanıdeyib.
“Xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevin və SəudiyyəƏrəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud və krallığınvəliəhdi Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudun səylərinəticəsində əlaqələrimiz həm ikitərəfli qaydada, həm beynəlxalqtəşkilatlar çərçivəsində uğurla davam etməkdədir. Həmin çərçivədəAzərbaycan və Səudiyyə Ərəbistanı hökumətlərinin yaratdığı iqtisadiəməkdaşlıq üzrə müştərək komissiya ölkələrimiz arasında siyasi,ticarət, investisiya, enerji, kənd təsərrüfatı, turizm və digərsahələrdə əməkdaşlığın dərinləşməsində müstəsna rol oynamaqdadır.Birgə iqtisadi komissiyasının iclasları və siyasi məsləhətləşmələrikitərəfli münasibətləri nəzərdən keçirmək və inkişaf etdirmək üçünolduqca effektiv mexanizmlərdir. Bu xüsusda bu il aprelin 28-dəSəudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərindəkeçirilmiş müştərək komissiyanın 8-ci iclasının uğurlu təşkilinə vəAzərbaycan Respublikasının Hökumət nümayəndə heyətinə göstərilənyüksək qonaqpərvərliyə görə Səudiyyə Ərəbistanı hökumətinə bir dahadərin təşəkkürümü bildirirəm.
Ümid edirik ki, komissiyasının iclasının yekunlarına dairimzalanmış protokol, eləcə də ikitərəfli əməkdaşlıq sənədlərimünasibətlərin inkişafına öz töhfəsini verəcək. Dünən Bakıda işəbaşlamış Birinci Azərbaycan Beynəlxalq İnvestisiya ForumundaSəudiyyə Ərəbistanından böyük nümayəndə heyətinin iştirak etməsiikitərəfli əməkdaşlığın inkişafında hər iki dövlətin maraqlıolduqlarının daha bir nümunəsidir.
Səudiyyə Ərəbistanı Krallığının 95 illiyi münasibətilə qardaşölkə xalqına daim əmin-amanlıq, tərəqqi və firavanlıq arzulayıram.Ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq və faydalıəməkdaşlığın gələcəkdə daha da güclənəcəyinə əminliyimibildirirəm", - deyə S.Şərifov bildirib.