AZ

PSJ-nin yeni ulduzunun uğur sirri olan xanım: 9 ildir birlikdədirlər

Bu günlərin ən çox müzakirə edilən futbolçularından biri "Bornmut"dan ayrılaraq PSJ ilə müqavilə imzalayan İlya Zabarnıdır.

Publika.az xəbər verir ki, kiçik ingilis şəhərindən Fransanın paytaxtına köç yəqin ki, hər kəsin arzusudur. Bu transfer isə ukraynalı futbolçudan başqa daha bir nəfəri də xoşbəxt edib. Tanış olun, İlyanın həyat yoldaşı Angelina!

O, 2002-ci ildə anadan olub. Bir müddət əvəvl 23 yaşını qeyd edib və İlyadan bir neçə ay böyükdür. O, tanınmış ukraynalı şoumen və aparıcı Andrey Djedjulanın ögey qızıdır. Anası Yuliya Leus isə blogerdir.

Angelina Kiyev Milli Universitetində təhsil alıb. Gənc yaşına baxmayaraq, o, geyim mağazasının sahibi olub, daha sonra isə alman, italyan, ispan, fransız və ingilis dillərinin öyrədildiyi dil məktəbi təsis edib.

Cütlük 2023-cü ilin yayında ailə qurub. Həmin vaxt Zabarni artıq "Bornmut"un futbolçusu idi. O, Kiyev "Dinamo"sundan İngiltərəyə fevralda keçmişdi.

Onların münasibəti isə hələ 2018-ci ildən başlayıb. İlk birgə fotoları həmin ilin tarixini daşıyır. O zaman ikisinin də cəmi 16 yaşı var idi. Beləliklə, Angelina Zabarnı ilə birlikdə Kiyev "Dinamo"sunun futbol məktəbindən Avropanın ən güclü klubuna, Ukraynanın gənclər millisindən iki Avropa çempionatında iştirak edən futbolçuya qədər yol keçib.

Publika.az

Seçilən
11
32
publika.az

10Mənbələr