AZ

PSJ heyətini Ukrayna millisinin futbolçusu ilə gücləndirdi

Fransanın PSJ klubu Ukrayna millisinin müdafiəçisi İlya Zabarnını transfer etdiyini açıqlayıb.

​​​​​​"Cebheinfo.az" xəbər verir ki, bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Futbolçu İngiltərənin "Bornmut" klubundan transfer olunub. Tərəflər 2030-cu ilə qədər müqavilə imzalayıblar.

Mətbuatın yazdığına görə, PSJ bu keçidi 63 milyon avroya həll edib. "Bornmut" bonus olaraq daha 3 milyon avro ala bilər.

Qeyd edək ki, 2023-cü ilin yanvarında ingilislər müdafiəçi üçün onun sabiq klubu "Dinamo Kiyev"ə 22.7 milyon avro ödəyib.

​​​​​​"Cebheinfo.az"

Seçilən
32
32
cebheinfo.az

10Mənbələr