AZ

PSJ heyətini Ukrayna millisinin futbolçusu ilə gücləndirdi

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Fransanın PSJ klubu Ukrayna millisinin müdafiəçisi İlya Zabarnını transfer etdiyini açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Futbolçu İngiltərənin "Bornmut" klubundan transfer olunub. Tərəflər 2030-cu ilə qədər müqavilə imzalayıblar.

Mətbuatın yazdığına görə, PSJ bu keçidi 63 milyon avroya həll edib. "Bornmut" bonus olaraq daha 3 milyon avro ala bilər.

Qeyd edək ki, 2023-cü ilin yanvarında ingilislər müdafiəçi üçün onun sabiq klubu "Dinamo Kiyev"ə 22.7 milyon avro ödəyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
32
oxu.az

10Mənbələr