Bakı, 17 avqust, AZƏRTAC
Bu gün Misli Premyer Liqasında daha bir oyun keçiriləcək.
AZƏRTAC xəbər verir ki, günün yeganə matçında "Sumqayıt" doğma meydanda "Kəpəz"i qəbul edəcək.
Görüş saat 20:30-da başlayacaq.
Qeyd edək ki, turun daha əvvəl təşkil olunan matçlarında “Turan-Tovuz” “İmişli”ni (1:0) məğlub edib. "Karvan-Yevlax" - "Qəbələ" oyununda qalib müəyyənləşməyib - 1:1. Eyni hesab "Neftçi" - "Şamaxı" görüşündə da qeydə alınıb.