AZ

Tramp Putinlə görüşdən sonra Ukraynada dərhal atəşkəs əldə ediləcəyinə əmin deyil

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə görüşündən sonra Ukraynadakı münaqişədə dərhal atəşkəs barədə razılığın əldə olunmasının mümkünlüyünə əmin deyil.

Bu barədə “Report” Rusiya KİV-ə istinadən xəbər verir.

"Düşünmürəm ki, dərhal atəşkəsə nail olacağıq”, - Amerika lideri söyləyib.

Bundan əlavə, Tramp Putinlə görüşünün uğurlu alınmaması riskini 25 % səviyyəsində qiymətləndirib.

O, həmçinin qeyd edib ki, Putinlə görüşündən sonra yalnız görüşün uğurlu olacağı təqdirdə Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edəcək, danışıqlar nəticə verməsə, ümumiyyətlə, heç kimə zəng etməyəcək.

Seçilən
8
2
report.az

10Mənbələr