ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə Alyaskada danışıqları zamanı Ukraynada atəşkəs əldə etməyə çalışacaq.
Bu barədə Qərb KİV-ləri onun Avropa liderləri ilə onlayn formatda görüşündən sonra mənbələrə istinadən bildirib.
"Tramp “şərtsiz” ifadəsini işlətməsə də, o, atəşkəsin, onun fikrincə, Rusiyanın xoş niyyət nümayişi ola biləcəyini bildirib", - deyə "CNN" televiziya kanalı Avropa diplomatlarına istinadən bildirib.
Danışıqlarla tanış olan mənbələr "Axios"a bildiriblər ki, Tramp avropalılara deyib ki, “cümə günü keçiriləcək sammitdəki məqsədləri atəşkəsə nail olmaq və tam sülh razılaşmasının mümkün olub olmadığını daha yaxşı anlamaq olacaq”.