ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə görüşündən sonra Ukraynadakı münaqişədə dərhal atəşkəs barədə razılığın əldə olunmasının mümkünlüyünə əmin deyil.
Bu barədə “İki sahil” Rusiya KİV-ə istinadla xəbər verir.
"Düşünmürəm ki, dərhal atəşkəsə nail olacağıq”, - Amerika lideri söyləyib.
Bundan əlavə, Tramp Putinlə görüşünün uğurlu alınmaması riskini 25 % səviyyəsində qiymətləndirib.
O, həmçinin qeyd edib ki, Putinlə görüşündən sonra yalnız görüşün uğurlu olacağı təqdirdə Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edəcək, danışıqlar nəticə verməsə, ümumiyyətlə, heç kimə zəng etməyəcək.