AZ

Tramp Putinlə görüşdə Ukraynada atəşkəsdəİSRAR EDƏCƏK

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada danışıqları zamanı Ukraynada atəşkəs əldə etməyə çalışacaq.

 

Senzor.az bildirir ki, Qərb KİV-lərinin onun Avropa liderləri ilə onlayn formatda görüşündən sonra mənbələrə istinadən yaydıqları məlumatlarda belə deyilir.

 

"Tramp “şərtsiz” ifadəsini işlətməsə də, o, atəşkəsin, onun fikrincə, Rusiyanın xoş niyyət nümayişi ola biləcəyini bildirib", - deyə "CNN" televiziya kanalı Avropa diplomatlarına istinadən vurğulayıb.

 

Danışıqlarla tanış olan mənbələr "Axios"a bildiriblər ki, Tramp avropalılara deyib ki, “cümə günü keçiriləcək sammitdəki məqsədləri atəşkəsə nail olmaq və tam sülh razılaşmasının mümkün olub-olmadığını daha yaxşı anlamaq olacaq”.

 

Seçilən
14
50
senzor.az

10Mənbələr