AZ

Tramp Putini “ciddi nəticələrlə” hədələyib

Tramp

ABŞ prezidenti Donald Tramp bildirib ki, Alyaskada Rusiya lideri Vladimir Putinlə keçiriləcək sammitdən sonra Ukrayna ilə bağlı ikinci görüşün baş tutması üçün yaxşı şans var.O, əgər Alyaska sammiti uğurla keçərsə, tezliklə Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə danışıqlar aparmağı planlaşdırır.Onun sözlərinə görə, əgər Putinlə görüşdə “lazımi cavabları almasa”, növbəti görüş olmayacaq. Tramp həmçinin hədələyib ki, əgər Rusiya cümə günü atəşkəsə razılıq verməsə, onu “çox ciddi” nəticələr gözləyir.Tramp əlavə edib ki, Putini Ukraynada mülki hədəflərə zərbələri dayandırmağa inandıra biləcəyinə inanmır.Müxbirin bu mövzuda sualına ABŞ prezidenti belə cavab verib:“Onunla çox yaxşı söhbətlərim olub. Amma sonra evə qayıdıram və görürəm ki, raket qocalar evinə dəyib və ya yaşayış binasına düşüb, insanlar küçələrdə ölü vəziyyətdə yatıb. Belə olan halda cavabım ‘yox’dur, çünki mən artıq onunla bu barədə danışmışam.”Ulusum.az

Diqqət Çəkənlər

Rusiyada Şimali Koreyalı İşçilərə “Qul” Kimi Münasibət

CNN Putinlə Trampın görüşünün dəqiq yerini öyrənib

Alyaska sammiti öncəsi mühüm danışıqlar: Tramp Zelenski ilə bu formada görüşəcək

Seçilən
16
50
ulusum.az

10Mənbələr