AZ

ğ“Tramp Putin görüşündə Ukraynanın ərazi bütövlüyü əsas mövzu olmalıdır” Tusk

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Polşa və digər Avropa tərəfdaşlarımız üçün aydın olmalıdır ki, sərhədlər zorla dəyişdirilə bilməz və Rusiyanın Ukraynaya təcavüzündən faydalanmasına imkan verilməməlidir. Qərb, o cümlədən Avropa ölkələri, Rusiyanın Ukrayna torpaqlarını işğal etməsini qəbul etməyəcək".

Bunu Polşa Baş Naziri Donald Tusk bildirib.

Tusk görüşlə bağlı həm narahatlıqlarının, həm də ümidlərinin çox olduğunu bildirib. 

Baş nazir Ukraynanın ərazi bütövlüyünün qorunmasının yalnız qonşuya dəstək məsələsi olmadığını, həm də Avropanın öz təhlükəsizliyi üçün vacib olduğunu vurğulayıb.

Tusk qeyd edib ki, Putinin Ukrayna əraziləri ilə bağlı irəli sürdüyü bəzi təkliflər bir tərəfli görünür və Ukrayna üçün qəbulolunmazdır. 

Tusk Rusiyanı digər ölkələrin sərhədlərini “cəzalandırılmadan” dəyişdirməyə cəhd göstərməkdən çəkindirməyə çağırıb. O, Polşanın tarixindən nümunə gətirərək, “Ukrayna olmadan Ukrayna haqqında heç nə olmaz” prinsipini bir daha təsdiqləyib.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
50
13
azpolitika.info

10Mənbələr