AZ

Tramp–Putin sövdələşməsi: Ukraynanın şərqi atəşkəs qarşılığında güzəştə gediləcək?

15 avqustda ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin Ukrayna böhranı ilə bağlı görüşəcək. Trampın Rusiyaya verdiyi vaxtın başa çatmasına az qalmış, Putin kompromisə hazır olduğunu açıqlayıb. Bu razılaşma Ukraynanın ərazi bütövlüyünü təhdid edə və beynəlxalq hüququ pozaraq yeni təhlükələrə yol aça bilər. Əgər Tramp–Putin görüşündə Ukraynanın şərqi ilə bağlı ərazi güzəşti razılaşdırılarsa, bu, Avropa və beynəlxalq təhlükəsizlik arxitekturasına necə təsir göstərəcək? Avropa İttifaqı və NATO bu prosesin qarşısını almaq üçün hansı addımları ata bilər?
 
Moderator.az-a açıqlama verən Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə deyib ki, Avqustun 15-də Rusiya və ABŞ prezidentləri Ukrayna böhranı ilə bağlı görüşəcək. O qeyd edib ki, D.Tramp avqustun 8- kimi Rusiyaya vaxt vermişdi. Əgər, Rusiya atəşkəs və sülhlə bağlı razılaşmaya gəlməsə, sanksiyalar tətbiq ediləcəyini elan etmişdi:
 
“V. Putin D. Trampın xüsusi nümayəndəsini dəvət edərək, danışıqlara hazır olduğunu və qarşılıqlı kompromisə gedəcəyini qeyd edib. Göründüyü kimi, D. Trampın verdiyi vaxtdan V. Putin nəticə çıxarmış oldu. Qeyd edim ki, V. Putin D. Trampda birbaşa görüş tələbindən imtina edirdi, hətta telefon danışığında güzəştsiz mövqeyini davam etdirirdi. ABŞ təzyiqləri fonunda V. Putin görüş tələbini qəbul edərək, yenidən manevr siyasətinə qayıdır. 
V. Putin  Ukraynanın şərqində Rusiyanın işğalını tanımaqla atəşkəs təklifini irəli sürəcək. D. Trampın xüsusi nümayəndəsi Uitkofun V. Putinlə görüşündə ciddi razılaşmalar əldə edilib ki, liderlərin görüşündə bu məsələlər müzakirə ediləcək. Amma, Avropa İttifaqının və Böyük Britaniyanın mövqeyi burada həlledicidir. Əgər, Ukraynanın şərqi güzəşt edilərsə, beynəlxalq hüquq normaları pozulacaq. Rusiyanın aqressiv siyasəti digər qonşu ölkələrə qarşı yönəlmiş olacaq.
Ümumiyyətlə, D. Tramp Ukraynanın şərqini Rusiyaya güzəştə getməklə, atəşkəsdə maraqlıdır. Bunun nəticələri isə, Avropa və digər qonşu ölkələrə hərbi müdaxilələrə gətirib çıxara bilər. 
Əgər, D. Tramp sanksiyalar tətbiq edərsə, Ukraynaya hərbi yardımları artırarsa, Rusiya qoşunlarını Mariopoldan, Xerson və Zaparoji regionlarından çıxara bilər”. 
 
Siyasi şərhçi əlavə edib ki, V. Putin danışıqlar protfelində D. Trampla iqtisadi sövdələşmə və müəyyən güzəştlər var. Baş verən proseslər fonunda V. Putin Ukrayna ilə bağlı yenidən ABŞ və Avropa arasında dərin fikir ayrılıqları yaratmağa nail oldu. Məhz Rusiya prezidentinin də planı bundan ibarətdir:
 
“Baş tutacaq ki, danışaqlarda  ərazi mübadiləsi məsələsi müzakirə ediləcək. V. Putin və D.Tramp razılaşması Ukraynanın ərazi bütövlüyünü təhdid edəcəksə, Ukrayna və Avropa ölkələri razılaşmanı tanımayacaq. Bu da müharibənin davam etməsidir. Belə olan təqdirdə D. Tramp Ukraynaya hərbi yardımları dayandıra bilər. Rusiyada bunun üçün çalışır. 
Amma, ABŞ təhlükəsizlik və qərar vermə mərkəzləri Rusiyanın prosesdən uduşlu çıxmasına, Vaşinqtonun zəif düşməsinə imkan verə bilməz. 
Eyni zamanda D.Trampa imkan verməzlər ki, Avropa ölkələrini və NATO çıxdaş edib, Ukraynanın parçalanması və Avropa üçün yeni təhdidlərə yol açan V. Putinlə sövdələşməyə getməyə getsin”.
 
Seçilən
19
31
moderator.az

10Mənbələr