AZ

Avropa Tramp-Putin görüşündən NARAHATDIR

ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin cümə günü Alyaskada baş tutacaq sammitdə Ukraynada müharibəyə son qoya biləcək razılaşmanı müzakirə edəcəklər.

Görüşün həm də Avropanın təhlükəsizlik arxitekturasına ciddi təsir göstərəcəyi gözlənilir.

Avropa liderləri və Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Trampla danışıqlar aparmağı planlaşdırır. Onlar indiyədək Ukraynanın əsas silah tədarükçüsü olan ABŞ-ın Kiyevə əlverişsiz sülh şərtləri diktə edə biləcəyindən ehtiyatlanırlar.

Tramp ötən həftə bəyan edib ki, “hər iki tərəfin xeyrinə bəzi ərazilərin dəyişdirilməsi” gündəmdə ola bilər.

Modern.az-ın məlumatına görə, bu bəyanat Kiyev və Avropa paytaxtlarında narahatlıq yaradıb.

Hazırda Rusiya Ukrayna ərazisinin təxminən 19 faizinə nəzarət edir, Ukrayna isə beynəlxalq səviyyədə tanınmış Rusiya ərazisinə sahib deyil.

ABŞ-ın keçmiş diplomatı Daniel Frid xəbərdarlıq edib ki, Tramp Putinin “aldadıcı” təkliflərinə uyarsa, Ukraynanın ziyanına pis razılaşma baş verə bilər. O, "reuters"ə bildirib ki, alternativ olaraq, tərəflər yalnız “de-fakto” tanınan atəşkəs xəttinə razılaşa, amma Rusiya işğalının hüquqi tanınmasından yayınmış ola bilərlər.

Sabit sülh üçün həm də Ukraynanın NATO-ya üzvlük arzusu, ordusunun ölçüsü ilə bağlı Moskvanın tələbləri, təhlükəsizlik zəmanətləri və Qərbin Rusiyaya qarşı sanksiyalarının gələcəyi kimi məsələlər həll edilməlidir.

Zelenski vurğulayıb ki, Ukrayna Konstitusiyası ərazi güzəştlərinə yalnız referendum yolu ilə icazə verir. Analitiklər hesab edirlər ki, Kiyev hüquqi tanınmadan, faktiki olaraq döyüş xəttinin dondurulması variantına daha çox meylli ola bilər.

Əgər Tramp Kiyevi razı salmaqda çətinlik çəksə, silah və kəşfiyyat dəstəyini dayandırmaqla təzyiq göstərə bilər. Avropa rəsmiləri isə ABŞ kəşfiyyat imkanlarının itirilməsini Ukrayna üçün ən böyük boşluq kimi qiymətləndirirlər.

ABŞ-ın Kiyevdəki keçmiş səfiri Con Herbst hesab edir ki, Trampın Ukraynanı “tərk etməsi” onu Putinə güzəştə gedən lider kimi göstərə bilər və bu, daxildə siyasi zərbə olar.

Avropa İttifaqı ölkələri bəyan edib ki, Ukrayna öz gələcəyini sərbəst müəyyən etməlidir və onlar Kiyevə təhlükəsizlik zəmanətləri verməyə hazırdırlar. NATO-nun keçmiş sözçüsü Oana Lunkesku avropalıları Ukraynaya silah yardımını sürətləndirməyə və sentyabrda Aİ-yə üzvlük danışıqlarına başlamağa çağırıb.

Beynəlxalq münasibətlər üzrə ekspert Jana Kobzova isə vurğulayıb ki, əgər Alyaskadan “qəbuledilməz” razılaşma çıxarsa, Avropa paytaxtları Trampla yeni diplomatik “cazibə hücumuna” keçəcək. Onun sözlərinə görə, Avropa liderləri anlayır ki, Ukraynanın təhlükəsizliyi Avropanın ümumi təhlükəsizliyindən ayrılmazdır.

Elnur Əmirov

Seçilən
74
50
modern.az

10Mənbələr