AZ

“Ayaks” Ko İtakura ilə gücləndi

“Ayaks” 28 yaşlı yapon mərkəz müdafiəçisi Ko İtakuranı Mönhenqladbax “Borussiya”sından tamhüquqlu əsasda satın alıb.

Arena.az bu barədə “Ayaks”ın mətbuat xidmətinə istinadən məlumat verir.

Tərəflər 4 illik – müddəti 2029-cu ilə qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Keçid Niderland nəhənginə 10,50 milyon avro məbləğ müqabilində başa gəlib.

Ko İtakura “Kavasaki Frontale”nin məzunudur. Müdafiəçi, karyerası ərzində həmçinin “Cey-Liqa”nın U-22 komandasında (icarə), “Veqalta Senday”da (icarə), “Mançester Siti”də, “Qroninqen” (icarə), “Şalke” (icarə) və Mönhenqladbax “Borussiya”sında çıxış edib.

Geridə qalmış mövsümdə Ko İtakura “Borussiya” üçün 33 oyuna çıxıb, 4 qol və 1 məhsudlar ötürmə ilə fərqlənib.

Ko İtakura 2019-cu ilin iyun ayında debüt etdiyi Yaponiya yığmasının heyətində 37 oyuna 2 qol vurub, 1 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 28 yaşlı yapon mərkəz müdafiəçisinin transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Əlavə eədk ki, İtakuta “Ayaks”ın ilk yapon futbolçusu olaraq tarixə düşüb.

Seçilən
22
50
arena.az

10Mənbələr