"Vilyarreal"ın hücumçusu Arno Dandjuma karyerasını İspaniyada klubunu dəyişib.
90deqiqe.Az-ın məlumatına görə, "Valensiya" niderlandlı forvardı transfer edib. "Yarasalar" 28 yaşlı futbolçu ilə 2028-ci ilin yayına qədər nəzərdə tutulan üçillik müqavilə imzalayıb.
Ötən mövsümü o, icarə əsasında "Jirona" klubunda keçirib. La Liqa səviyyəsində çıxış etdiyi 61 oyunda hücumçu 16 qol vurub və 3 məhsuldar ötürmə edib.
İspaniya çempionatının ilk turunda «Valensiya» 16 avqust tarixində "Real Sosyedad"ı qəbul edəcək.