"Fənərbağça"dan ayrılan Duşan Tadiç karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, serbiyalı futbolçu "Əl-Vahda"ya transfer olub. 

Bu barədə Ərəbistan klubu rəsmi sosial media hesablarından məlumat yayıb.

Tadiç son 2 mövsümü "Fənərbağça"da keçirmişdi. O, burada 109 oyunda 29 qol vurub və 35 məhsuldar ötürmə edib.

36 yaşlı futbolçu "sarı-lacıvərdlilər"dən başqa "Ayaks", "Sauthempton" və "Tvente"də də çıxış edib.