AZ

“Börnli” “Çelsi”nin hücumçusunu transfer etdi

Albaniyalı hücumçu Armando Broya karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı forvard “Börnli” ilə beş illik müqavilə imzalayıb. 

Broya “Tottenhem” və “Çelsi” akademiyalarında yetişib. “Çelsi”nin oyunçusu kimi o, dörd dəfə müxtəlif klublara icarəyə göndərilib.

Albaniya milli komandasının üzvü olan gənc hücumçu “qara qartallar”ın heyətində 27 oyun keçirib və 5 qol vurub.

Qeyd edək ki, “Börnli” ötən mövsüm Çempionşipdə mübarizə apararaq birbaşa Premyer Liqaya vəsiqə qazanıb.

Seçilən
35
50
90deqiqe.az

10Mənbələr