AZ

Tramp və Putin görüşə hazırdır – ABŞ dövlət katibi Marko Rubio

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazırdır. Eyni zamanda, Rusiya lideri də belə bir görüşə açıq olduğunu bildirib. Bu barədə ABŞ-ın dövlət katibi Marko Rubio EWTN telekanalına müsahibəsində deyib.

“Ümid edirəm ki, bu görüş baş tutacaq. Fikrimcə, Prezident Tramp buna hazırdır. Düşünürəm ki, Putin də görüşə hazır olduğunu bildirib. Lakin görüş sadəcə baş vermək üçün yox, nəyəsə xidmət etməlidir. Belə görüşün məhsuldar və səmərəli olması üçün müəyyən irəliləyiş əldə edilməlidir,” – deyə Rubio qeyd edib.

ABŞ dövlət katibi bildirib ki, Ukrayna və Rusiya arasında sülh şərtlərinə dair hələ də ciddi fikir ayrılığı mövcuddur. Bununla belə, ABŞ tərəflər arasında bu fərqi azaltmağa çalışır.

“İlk dəfədir ki, Rusiyanın müharibəni diplomatik yolla dayandırmaq üçün nə istədiyi barədə müəyyən aydınlıq yaranıb. Mən demirəm ki, Ukrayna və Rusiyanın tələbləri eynidir. Ortada fərq var və bu fərqi azaltmaq üçün çalışırıq. Hətta bu studiyadan çıxar-çıxmaz bu məsələ üzərində işləməyə davam edəcəyik. Hazırda əsas məsələ odur ki, biz bu fikir ayrılığını azalda biləcəyikmi ki, ABŞ Prezidenti belə bir görüşə gedə bilsin və sülh razılaşmasına yaxınlaşmaq mümkün olsun,” – deyə Marko Rubio əlavə edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
27
50
editor.az

10Mənbələr