Bu gün UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.
QOL.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən “Araz-Naxçıvan” Yunanıstanda “Aris”in qonağıdır. Oyun Bakı vaxtı ilə saat 22:15-də başlayıb.
Tərəflər arasında Bakıda keçirilən ilk oyunda "Araz-Naxçıvan" 2:1 hesablı qələbə qazanıb ki, bu da Elmar Baxşıyevin komandasına üstünlük verir.
Bu cütün qalibi 3-cü təsnifat mərhələsində "Omonia" (Kipr) ilə qarşılaşacaq. Kipr klubu 2-ci mərhələnin ilk oyununda "Torpedo"ya (Kutaisi, Gürcüstan) 1:0, cavab matçında isə 4:0 hesabı ilə qalib gəlib.
31 iyul
UEFA Konfrans Liqası, 2-ci mərhələnin cavab oyunu
22:15. “Aris” (Yunanıstan) - “Araz Naxçıvan” (Azərbaycan) - 2:2 (İkinci hissə)
Qollar: Çarls Boli, 11 (0:1), Felipe Santos, 37 (0:2), Fabiano Laysmann, 62 (1:2), Monçu, 90 (2:2)
Qırmızı vərəqə: İqor Ribeyro, 52 ("Araz-Naxçıvan")
Baş hakim: David Dikinson (Şotlandiya)
İlk oyun – 1:2
Saloniki. "Kleantis Vikelidis" stadionu