AZ

"Araz-Naxçıvan" "Aris"ə qalib gəlir - Yenilənir

style='margin-bottom:10px;'>

Bu gün UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

QOL.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən “Araz-Naxçıvan” Yunanıstanda “Aris”in qonağıdır. Oyun Bakı vaxtı ilə saat 22:15-də başlayıb.

Tərəflər arasında Bakıda keçirilən ilk oyunda "Araz-Naxçıvan" 2:1 hesablı qələbə qazanıb ki, bu da Elmar Baxşıyevin komandasına üstünlük verir.

Bu cütün qalibi 3-cü təsnifat mərhələsində "Omonia" (Kipr) ilə qarşılaşacaq. Kipr klubu 2-ci mərhələnin ilk oyununda "Torpedo"ya (Kutaisi, Gürcüstan) 1:0, cavab matçında isə 4:0 hesabı ilə qalib gəlib.

31 iyul

UEFA Konfrans Liqası, 2-ci mərhələnin cavab oyunu

22:15. “Aris” (Yunanıstan) - “Araz Naxçıvan” (Azərbaycan) - 0:2 (İkinci hissə)

Qollar: Çarls Boli, 11, Felipe Santos, 37

Baş hakim: David Dikinson (Şotlandiya)

İlk oyun – 1:2

Saloniki. "Kleantis Vikelidis" stadionu

 

Seçilən
2
17
teleqraf.com

10Mənbələr