Azərbaycanın 3 klubu bu gün UEFA çərçivəsində keçirilən cavab oyunlarına çıxacaq.
Bizim.Media xəbər verir ki, Konfrans Liqasındakı təmsilçimiz “Sabah” II təsnifat mərhələsində Moldovanın “Petrokub” kollektivini qəbul edəcək. “Bank Respublika Arena”da keçiriləcək görüş saat 20:00-da başlanacaq.
Komandalar arasında Moldovada baş tutan ilk matçda “Sabah” 2:0 hesablı qələbə qazanıb.
Konfrans Liqasındakı təmsilçimiz “Araz-Naxçıvan” isə Yunanıstanda “Aris” kollektivinin qonağı olacaq.
Saloniki şəhərində yerləşən “Kleantis Vikelidis” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:15-də başlanacaq.
Komandalar arasında Bakıda baş tutan ilk matçda “Araz-Naxçıvan” 2:1 hesablı qələbə qazanıb.
“Zirə” klubu da UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Xorvatiyanın “Hayduk” kollektivinin qonağı olacaq. Split şəhərindəki “Polyud” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Qeyd edək ki, komandalar arasında Bakıda oynanılan ilk matçda 1:1 hesablı heç-heçə qeydə alınıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta