AZ

Azərbaycanda “American Express” kartları ilə əməliyyatların həcmi artıb

2025-ci ilin iyun ayının sonuna Azərbaycanda rezident maliyyə institutlarının (o cümlədən statistik vahidin ödəniş kartları) emissiya etdiyi “American Express” kartları vasitəsilə həyata keçirilən əməliyyatların sayı 7,3 min ədəd, əməliyyatların ümumi həcmi isə 1,1 milyon manat təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, may ayı ilə müqayisədə əməliyyatların sayı 0,3 min ədəd və ya 3,9% azalıb, lakin əməliyyatların həcmi 0,2 milyon manat və ya 22,2% artıb.

Bundan başqa, qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi “American Express” kartları vasitəsilə Azərbaycanda aparılan əməliyyatların sayı 1,7 min ədəd, ümumi həcmi isə 1,4 milyon manat olub. Bu göstəricilər əvvəlki ayla müqayisədə əməliyyatların sayında dəyişiklik olmadığını, əməliyyatların həcminin isə 0,5 milyon manat və ya 55,5% artdığını göstərir.

Qeyd olunur ki, rezident maliyyə institutlarının emissiya etdiyi kartlar ölkə daxilində fəaliyyət göstərən banklar və maliyyə qurumları tərəfindən verilən ödəniş kartları ilə aparılan əməliyyatların miqdarını və ümumi məbləğini ifadə edir.

Qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi kartlar isə xaricdə fəaliyyət göstərən bank və maliyyə institutları tərəfindən xaricdə yaşayan şəxslərə verilmiş kartlarla Azərbaycanda aparılan əməliyyatların sayını və həcmini əks etdirir.

Fuad Mədətov
Finss.az

Seçilən
10
9
fins.az

10Mənbələr