AZ

Azərbaycanda “MasterCard” ödəniş kartları ilə əməliyyatların həcmi açıqlanıb

Bakı. Trend:

Bu ilin iyunun ayının sonuna Azərbaycanda rezident maliyyəinstitutlarının (həmçinin statistik vahidin ödəniş kartları)emissiya etdiyi “MasterCard” kartları vasitəsilə əməliyyatlarınsayı 78,7 milyon ədəd, əməliyyatların həcmi isə 5,1 milyard manatolub.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata əsasən, bir il əvvəlki göstərici ilə müqayisədə“MasterCard” kartları ilə əməliyyatların sayı 27,7 milyon ədəd vəya 54,2%, əməliyyatların həcmi isə 1,3 milyard manat, yaxud da 1,3dəfə artıb.

Bundan başqa, hesabat dövründə qeyri-rezident maliyyəinstitutlarının emissiya etdiyi “MasterCard” kartları vasitəsiləəməliyyatların sayı 483,7 min ədəd, əməliyyatların həcmi isə 48,8milyon manat olub. Ötən ilin eyni dövründəki göstərici iləmüqayisədə qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi“MasterCard” kartları vasitəsilə əməliyyatların sayı 9,7 min ədədvə ya 2% artıb, əməliyyatların həcmi isə 2,3 milyon manat, yaxud da4,5% azalıb.

Qeyd edək ki, rezident maliyyə institutlarının emissiya etdiyiödəniş kartları vasitəsilə əməliyyatların həcmi və sayı dedikdə,ölkə daxilində fəaliyyət göstərən maliyyə institutlarının (yerlibanklar və ya maliyyə qurumları) verdiyi ödəniş kartları ilə həyatakeçirilən əməliyyatların ümumi həcmindən və sayından bəhsolunur.

Qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödənişkartları vasitəsilə əməliyyatların həcmi və say isə xariciölkələrdə fəaliyyət göstərən bank və maliyyə institutlarıtərəfindən xaricdə yaşayan şəxslərə verilmiş ödəniş kartları iləAzərbaycanda aparılan əməliyyatların miqdarını (sayı) və ümumiməbləğini (həcmini) göstərir.

Seçilən
24
9
az.trend.az

10Mənbələr