AZ

Azərbaycanda “American Express” ödəniş kartları ilə əməliyyatlar bir ayda 20%-ə yaxın azalıb

Bakı. Trend:

Bu ilin may ayının sonuna olan məlumata görə, Azərbaycandarezident maliyyə institutlarının (həmçinin, statistik vahidinödəniş kartları) emissiya etdiyi “American Express” kartlarıvasitəsilə əməliyyatların sayı 7,6 min ədəd, əməliyyatların həcmiisə 900 min manat olub.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, əvvəlki ayla müqayisədə “American Express”kartları ilə əməliyyatların sayı 1,5 min ədəd ədəd və ya 16,5%,“American Express” kartları ilə əməliyyatların həcmi isə 200 minmanat, yaxud da 18,2% azalıb.

Belə ki, cari ilin aprel ayının sonunda Azərbaycanda rezidentmaliyyə institutlarının emissiya etdiyi “American Express” kartlarıvasitəsilə əməliyyatların sayı 9,1 min ədəd, əməliyyatların həcmiisə 1,1 milyon manat idi.

Qeyd edək ki, rezident maliyyə institutlarının emissiya etdiyiödəniş kartları vasitəsilə əməliyyatların həcmi və sayı dedikdə,ölkə daxilində fəaliyyət göstərən maliyyə institutlarının (yerlibanklar və ya maliyyə qurumları) verdiyi ödəniş kartları ilə həyatakeçirilən əməliyyatların ümumi həcmindən və sayından bəhsolunur.

Seçilən
84
3
az.trend.az

10Mənbələr