Bakı. Trend:
Bu ilin iyunun ayının sonuna Azərbaycanda rezident maliyyəinstitutlarının (həmçinin statistik vahidin ödəniş kartları)emissiya etdiyi “Visa” kartları vasitəsilə əməliyyatların sayı127,831 milyon ədəd, əməliyyatların həcmi isə 7,4 milyard manatolub.
Trend bubarədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata əsasən, bir il əvvəlki göstərici ilə müqayisədə “Visa”kartları ilə əməliyyatların sayı 36,8 milyon ədəd və ya 1,4 dəfə,“Visa” kartları ilə əməliyyatların həcmi isə 1,8 milyard manat,yaxud da 31,6% artıb.
Bundan başqa, hesabat dövründə qeyri-rezident maliyyəinstitutlarının emissiya etdiyi “Visa” kartları vasitəsiləəməliyyatların sayı 1,023 milyon ədəd, əməliyyatların həcmi isə89,8 milyon manat olub. Ötən ilin eyni dövründəki göstərici iləmüqayisədə qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi“Visa” kartları vasitəsilə əməliyyatların sayı 252 min ədəd və ya1,3 dəfə, əməliyyatların həcmi isə 15,5 milyon manat, yaxud da20,9% artıb.
Qeyd edək ki, rezident maliyyə institutlarının emissiya etdiyiödəniş kartları vasitəsilə əməliyyatların həcmi və sayı dedikdə,ölkə daxilində fəaliyyət göstərən maliyyə institutlarının (yerlibanklar və ya maliyyə qurumları) verdiyi ödəniş kartları ilə həyatakeçirilən əməliyyatların ümumi həcmindən və sayından bəhsolunur.
Qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödənişkartları vasitəsilə əməliyyatların həcmi və say isə xariciölkələrdə fəaliyyət göstərən bank və maliyyə institutlarıtərəfindən xaricdə yaşayan şəxslərə verilmiş ödəniş kartları iləAzərbaycanda aparılan əməliyyatların miqdarını (sayı) və ümumiməbləğini (həcmini) göstərir.